Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 16:41    |    Xəbər oxunub: 703 dəfə
Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-


Bakıda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı xaricdən gəlmiş tanınmış insanların iştirakıyla maraqlı tədbir keçirib.

Tədbirdə Yeni Zelandiyanın sabiq baş naziri Sir Simon Uilliam və xanımı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İndoneziyanın ökəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təmsilçisi Ufuk Turganer, millət vəkilləri, hökumət üzvləri, QHT və KİV rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, fiziki imkanları məhdud insanları təmsil edən bir sıra təşkilatların nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anması ilə başlayıb. Tədbirin aparıcısı tanınmış jurnalist Fəxriyyə Lilpar tədbirlə bağlı geniş məlumat verib və Çanaqqala zəfərinin ildönümünə həsr olunan əsər çoxsaylı məşhur insanın ifası ilə qonaqlara təqdim edilib. Tədbiri açılış nitqi ilə açan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova deyib ki, 2 önəmli bayram - Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı və rəhbərlik etdiyi təşkilatın bir illik hesabat fəaliyyətini bu gözəl bayramlar çərçivəsində insanlarımıza təqdim etməkdən və şəhid ailələrimiz, Qarabağ müharibəsi qazilərimizlə birlikdə bu bayramları birlikdə keçirməkdən çox məmnundur. Cənab Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gördüyü böyük işləri xüsusi vurğulayan A.Bağırova həm cənab Prezidentin, həm də ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələri, qazilərimizlə görüşü olub və orda verdikləri mesaj hamımıza örnəkdir və bu gün bu bayramlarımızı şəhid ailələri, qazilərimizlə birlikdə keçirməkdən çox məmnunuq deyib. Rəhbərlik etdiyi təşkilatın bir illik fəaliyyət hesabatı verdiyini deyən A.Bağırova cənab Prezidentin həyata keçirdiyi siyasətə dəstək olaraq biz də vətəndaş cəmiyyətinin bir təmsilçisi kimi gücümüz çatdığı qədər cəmiyyətimiz üçün faydalı işlər görməyə çalışır və bundan sonra çalışmağa davam edəcəyik deyib. Qardaş Türkiyədən çox dəyərli ziyalıların, tanınmış sənətçilərin, Təbrizdən tanınmış ziyalı və sənətçilərin, bir çox xarici ölkələrdən Azərbaycan diasporunun fəal simalarının aramızda olduğunu deyən A.Bağırova Vətəninizə xoş gəlmisiniz deyib və dəvətlərini qəbul etdikləri üçün təşəkkürünü bildirib. Bu tədbiri ən dəyərli edən şəhid ailələri və qazilərimizdir deyən A.Bağırova Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərovanı, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin rəhbəri, qəhrəman şəhid hərbçimiz Raquf Orucovun xanımı Sevinc Orucovanı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyevi, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyevi səhnəyə dəvət edib, siz hamımız üçün

dəyərlisiniz, siz başda olmaqla və sizin simanızda bütün şəhid ailələrimizin və qazilərimizin bayramlarını təbrik edirik deyib və onlara təşkilatın fəxri üzvlüyünü və şəhid ailələrinə, qazilərimizə həyata keçirdikləri gözəl işlərindən dolayı təşəkkürnamə və mükafatlar təqdim edib.

Tədbirdə çıxış edən edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirdə iştirak edən hər kəsi bayramlar münasibətilə təbrik edib, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən önəmli işləri vurğulayıb və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin bir il ərzində həyata keçirdiyi önəmli layihələrdən dolayı təbrik edib. Tədbirdə Yeni Zelandiyanın sabiq baş nazirinin iştirak etməsini xüsusi vurğulayan A.Quliyev bir neçə gün əvvəl Yeni Zelandiyada 2 məscidə edilən terror hücumlarını pisləyirik və bütün dünya bu cür yanaşma ortaya qoymalıdır deyib. Cənab sabiq baş nazirdən Yeni Zelandiyaya baş sağlığı diləklərimizi çatdırmağı xahiş edib və onun terror hadisələrinə olan həssas münasibətinin çox önəmli olduğunu deyərək təşəkkürünü bildirib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışına Çanaqqala şəhidlərimizin, Azərbaycan üçün həyatını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qarşısında baş əyirik, qazilərimizi sevgi və sayğı ilə salamlayırıq, şəhid ailələrimiz qarşısında hər zaman baş əyirik deyərək sözlərimə başlamaq istəyirəm deyib. Çanaqqala zəfəri haqqında danışan millət vəkili Q.Paşayeva bu zəfər dədələrimizin ortaq yazdığı bir səhifədi, bu zəfərdə Azərbaycandan yüzlərlə şəhidlər olub, ona görə də Çanaqqala zəfəri bütün Türk Dünyasının bayramıdır. Bu zəfəri bizə yaşadan dədələrimizi rəhmətlə anacağıq deyib. Millət vəkili Azərbaycan - Türkiyə münasibətlərinin ümummilli lider Heydər Əliyevin "bir millət iki dövlət" düşüncəsi ilə hər gün daha da gücləndiyini, bu istiqamətdə cənab Prezidentin gördüyü böyük işləri xüsusi vurğuladı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin fəaliyyəti barədə danışan millət vəkili Q.Paşayeva bölgələrimizdə maarifləndirmə işinin sürətlənməsi, gənclərimiz arasında kitaba meylliyin artması, şəhidlərimiz, şəhid ailəri və qazilərimizlə bağlı bir sıra layihələrin həyata keçirilməsi, fiziki imkanları məhdud istedadlı şəxslərlə bağlı vacib layihələrdə, fəaliyyətlərdə əməkdaşlıq etmişik deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva gözəl işlər gördüklərini və bundan sonra da dövlətimiz, ölkəmiz üçün daha da gözəl işlər görməyi arzulayıb və uğurlar diləyib. Tədbirdə iştirakına görə Yeni Zelandiyanın sabiq baş nazirinə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu ölkədə 2 məscidə qarşı törədilən terror hadisələrini kəskin pisləyirik, harada baş verməsindən asılı olmayaraq bütün terror hadisələrini pisləyirik deyib, Yeni

Zelandiyada terror hadisələri nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət, Yeni Zelandiyanın sabiq baş nazirindən baş sağlığı diləklərimizi ölkənizə çatdırmağı xahiş edib və ona bu məsələdə terroru pisləyən fikirlərindən dolayı sağ olun deyib, bir daha belə hadisələrin baş verməməsini diləyib. Qədim milli bayramımız Novruz bayramı haqqında danışan millət vəkili Q.Paşayeva hər kəsi Novruz bayramı münasibətilə təbrik edib və gələn il bayramlarımızı Ali Baş Komandanımız, cənab Prezident İ.Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndi, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək deyib.

Tədbirdə Yeni Zelandiyanın sabiq baş naziri Sir Simon Uilliam çıxış edərək VII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizə səfər etdiyini, Azərbaycan prezidenti ilə görüşündən, ölkəmiz haqqında yüksək fikirləri barədə danışıb və ölkəmizdə həyata keçirilən böyük işləri, əldə etdiyi uğurları görməkdən şadıq və burda olmaqdan çox şadıq deyib və Yeni Zelandiyada terror hadisələri bağlı tədbirdə səsləndirilən fikirlərə görə təşəkkürünü bildirib və bu kimi hadisələrin heç bir yerdə təkrarlanmamasını diləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təşkilatın fəaliyyətini təbrik edib, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycan qadınlarının bütün sahələrdə, o cümlədən vətəndaş cəmiyyətinin inkişafında daha da fəal rol oynamasını xüsusi vurğulayıb və təşkilata bundan sonra daha böyük uğurlar arzulayıb. Xankəndindən millət vəkili Flora Qasımova çıxış edərək gələn bayramlarımızı Ali Baş Komandanımız, cənab Prezident İ.Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndi, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək deyib və onun çıxışından sonra əməkdar artist Nuriyyə Hüseynovanın ifasında "Qarabağ şikəstəsi" hər kəsə duyğulu anlar yaşadıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu xüsusi vurğulayıb və bu düşüncənin hər iki dövlət başçısı tərəfindən yüksək səviyyədə davam etdirilməsinin böyük sevinc yaratdığını deyib, Çanaqqala zəfərindən danışan Türkiyə səfiri Allah birliyimizi, bərabərliyimizi daha da gücləndirsin deyib və şəhid ailələri, qazilərimiz başda olmaqla hər kəsi Novruz bayramı münasibətilə təbrik edib. Türkiyə səfirinin çıxışı əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi uşaqlarda ibarət "Bülbüllər" ansamblının ifasında "Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına" əsəri ilə davam edib, Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması və Azərbaycan və qardaş Türkiyədən olan insanlarımızın birgə ifası ilə tədbirdə gözəl anlar yaşanıb.

Tədbirdə Türkiyənin tanınmış sənətçiləri - qardaş Türkiyədə Azərbaycan musiqisinin təbliğində böyük rol oynayan Nursaç Doğanişık, Bora Gencer, Pinar Eliçer və "Ah Qarabağ" əsərinin müəllifi Hilal Başkal, Təbrizdən tanınmış sənətçi İbrahim Əlizadə, Təbrizdən tanınmış şair Çalğın Məhəmməd, Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan, Türkiyənin tanınmış jurnalisti Nurcan Sabur, Türkiyədə və Orta Asiyada Əhməd Yəsəvi irsinin təbliğində fəal rol oynayan, ziyalı Fatma Sönməz, Türkiyənin moda dünyasında xüsusi imzası olan Orhan və Nezahat Kayışkanlar, Antalyada keçirilən beynəlxalq moda günlərində öz dəfiləsini "Biz evimizə - Qarabağımıza qayıtmaq istəyirik" şüarı altında keçirən və dəfilə boyunca Qarabağ həqiqətləri, Xocalı soyqırımı həqiqətlərini tədbir iştirakçılarının diqqətinə təsirli yollarla çatdıran Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpur, bir sıra tanınmış insanlar çıxış ediblət, Azərbaycanla bağlı gözəl fikirlər, diləklərlə çıxış edib, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik ediblər, dəvət üçün təşəkkürlərini bildiriblər, Azərbaycanda belə anlamlı günlərdə olmaqdan, şəhid ailələri, qazilərlə birlikdə tədbirdə iştirak etməkdən çox xoşbəxtik deyiblər və ifaları ilə tədbirə xüsusi rəng qatıblar. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova qardaş Türkiyədən, Təbrizdən və Norveçdən olan tədbir iştirakçılarına təşkilatın fəxri üzvlüyünü və hər zaman Azərbaycanın yanında olduqları addımlarına görə mükafat və təşəkkürnamə təqdim edib. Qardaş Türkiyədən təşkilat rəhbərləri A.Bağıroavaya Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində qeyri-hökumət təşkilatları olaraq gördükləri işlərə görə mükafat və təşəkkürnamə təqdim ediblər, A.Bağırova da onlara təşkilatı adından fəxri üzvlük və mükafat və göstərdikləri dəstəkdən dolayı təşəkkürnamə təqdim edib.

Tədbirdə tanınmış şair Nəriman Həsənzadə, dəyərli alim Yaqub Qurbanov çıxış edərək, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik edib, böyük uğurlar diləyib və bayramlar münasibətilə təbrik ediblər.

Tədbirdə iştirak edən ölkəmizin dəyərli sənətçiləri, əməkdar artistlər N.Hüseynova, A.Haşımova, L.Məmmədova, tanınmış gənc ifaçılar Ayaz Qasımov və Vüsal Hacıyev, tanınmış şairə Çığatel İsaqızının gözəl ifaları xaricdən gələn qonaqların və tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub. Tədbir bayram tortunun kəsilməsi və Azərbaycan, Azərbaycan-Türkiyə birliyi ilə bağlı gözəl əsərlərin ifası ilə başa çatıb, tədbir iştirakçıları gələn bayramlarımızı Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz torpaqlarımızda qeyd edək deyiblər.

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-

Bakıda RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?- Yeni təfərrüatlar

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri-

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri- FOTOLAR

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı:

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı: Atası çatsa da, saxlaya bilməyib-VİDEO

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur