"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 20-03-2019, 15:43    |    Xəbər oxunub: 567 dəfə
"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb-


Rusiya Federasiyasının Yekaterinburq şəhərində "Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda tədbir keçirilib.



Diasporla İş üzrə Dövlət Komitəsindən AFN-ə verilən məlumatda bildirilir ki, tədbir Şahin Şıxlinskinin rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyət Mərkəzi" Sverdlovsk Regional İctimai Təşkilatı tərəfindən təşkil edilib. Görüşdə Sverdlovsk, Çelyabinsk, Tümen, Perm, Xantı-Mansiysk, Yamalo-Nenets və digər regionlarda fəaliyyət göstərən 25 Azərbaycan diaspor təşkilatının sədr və nümayəndələri bir araya gəliblər. Müzakirələrə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Ruslan Quliyev və ekspert-analitik Teymur Atayev də dəvət olunub. Ruslan Quliyev qonaqları Komitə sədri Fuad Muradovun adından salamlayıb, Ural Federal Dairəsi üzrə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işini hər zaman yüksək qiymətləndirdiklərini nəzərə çatdırıb. Tədbirdə gənc nəslin maraq dairəsində olan məsələlər xüsusi müzakirə olunub, onları sağlam həyat tərzinə və yüksək təhsilə təşviq edən bir çox layihələrin həyata keçirilməsinin vacibliyindən danışılıb. Teymur Atayev Rusiyada yaşayan azərbaycanlı gənclərin intellektual potensialının yüksək olduğunu qeyd edib, onların hər iki ölkənin mədəniyyətini özlərində cəmləşdirmələri ilə bərabər, daim milli kimliklərinə sahib çıxmaları barədə fikirlərini bölüşüb. Şahin Şıxlinski həm gənclərin inkişafına yönələn layihələrdən danışıb, həm də bu gün dünyamızda etnik və dini münaqişələrin qarşısının alınması üçün bütün cəmiyyətin səfərbər olmasının əhəmiyyətini vurğulayıb. Tədbirin sonunda diaspor nümayəndələri millətlərarası münasibətlərin inkişafı və möhkəmləndirilməsi sahəsində göstərdikləri fəallığa, ümumiyyətlə diaspor siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi adından fəxri diplomlarla təltif olunublar.

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb-

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb-

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur