Nazir müavininin inanılmaz sərvəti ortaya çıxdı

Xəbərin çap versiyası
Tarix: 13-04-2019, 14:09    |    Xəbər oxunub: 558 dəfə
Nazir müavininin inanılmaz sərvəti ortaya çıxdı


Nazir müavininin inanılmaz sərvəti ortaya çıxıb.

AFN xəbər verir ki, bu barədə xəbər "Unikal” qəzetinin bugünki sayında dərc edilib. Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev böyük var-dövlətə sahibdir. Bu barədə Unikal qəzetinin redaksiyasına daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, nazir müavini Bakıda – Milli Dənizkənarı Parkla üzbəüz inşa edilmiş yeni yaşayış binasının bütöv bir mərtəbəsini satın alıb. Ümumilikdə 1000 kv.metr sahəyə malik bu mərtəbədə mənzillə bərabər, sauna, eləcə də bilyard və tenis zalı da yerləşir.

Y.Musayevin paytaxtdakı dəbdəbəli daşınmaz əmlakı bununla da kifayətlənmir. O, Bakı Univermağının yanında və paytaxtın "Tarqovı" adlanan mərkəzi hissəsindəki yeni binaların hər birində də bütöv bir mərtəbəyə sahibdir. Bundan başqa Badamdarda lüks villası olan nazir müavininin Nabran, Şamaxı və Buzovnada mənzərəli yerlərində də təmtəraqlı mülklərə sahib olduğu bildirilir.

Türkiyədə otelinin olduğu deyilən Y.Musayev qardaş ölkənin bank hesablarında da yüksək məbləğdə vəsaitə malikdir. Dubayda da obyektlərinin olduğu deyilən nazir müavininin həm bu şəhərdə, həm də Türkiyədəki biznesini İlqar adlı qayını vasitəsilə idarə etdiyi də gələn məlumatlar arasındadır.
Y.Musayevlə bağlı olan məlumatlar arasında onun ölkədən müxtəlif vaxtlarda nağd pul çıxardığına dair iddialar da yer alır.

Nazir müavininin oğlunun dəbdəbəli həyatı da diqqət çəkicidir. "O xeyli sayda bahalı avtomobilləri ilə öyünür, qız dostlarına ev hədiyyə etməsi ilə tanınır, əyləncəyə meyllidir. İlin çox hissəsini Dubayda bu cür əyləncələrdə keçirir".

Xatırladaq ki, 60 yaşlı Y.Musayev 2006-cı ildən müdafiə sənayesi nazirinin müavini postunu tutur. Onun məhz bu posta təyin edildikdən sonra sürətlə varlanmağa başlaması isə xüsusilə diqqətçəkicidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur