Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 16-04-2019, 01:08    |    Xəbər oxunub: 690 dəfə
Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək


22-24 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçiriləcək.



Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerşəkləşdiriləcək tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur. Forumda AR İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turism Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosiasiyası, turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.

5-ci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur.

Forum rəsmi görüşlər və danışıqlar, plenar və panel iclasları, yerli və xarici sağlamlıq turizm müəssisələrinin sərgisindən sonra xarici nümayəndələrinin Naftalan, Qalaaltı, Duzdağ və İstisu müalicəvi- sağlamlıq mərkəzlərinə tanışlıq səfəri təşkil ediləcək.

Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayilan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, RF, Ukrayna, Gürcüstan, Çin Xalq

Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.

Qeyd edək ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.

Forum "Pullman Baku" hotelində aprelin 22-də saat 09.00-da öz işinə başlayacaq. KİV nümayəndələri tədbirə dəvətlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Dollar kreditləri ilə bağlı daha bir problem -

Dollar kreditləri ilə bağlı daha bir problem - Ekspert MBNP-ni ifşa etdi

"Rabitəbank"ın riskli gələcəyi:

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” -

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” - “KİVDF ləğv olunmalıdır”

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Yol polisi deputatı özündən çıxardı:

Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var”

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur