ONA-nın elektron poçt ünvanı kiber cinayətkarların hücumuna məruz qalıb

Xəbərin çap versiyası
Tarix: 17-04-2019, 15:49    |    Xəbər oxunub: 506 dəfə
ONA-nın elektron poçt ünvanı kiber cinayətkarların hücumuna məruz qalıb


Bu gün ONA Xəbər Agentliyinin elektron poçt ünvanı kiber cinayətkarların hücumuna məruz qalıb.

AFN xəbər verir ki, belə bir açıqlama ilə agentliyin rəhbəri Vüsalə Mahirqızı çıxış edib. Onun sözlərinə görə, İA-nın [email protected] elektron ünvanından kiber cinayətkarlar tərəfindən bəzi e-maillərə təxribat xarakterli məlumat göndərilib: "Dezinformasiya xarakterli məlumata video formatlı virus yerləşdirilib və bəzi media qurumlarına, jurnalistlərə, təşkilatlara göndərilib. E-maildə bir "informasiya" əksini tapıb və digər media qurumlarından və jurnalistlərdən xəbərin yayılması xahiş olunub. Əlbəttə, hər kəs bilir ki, heç bir media qurumu əldə etdiyi xəbəri başqalarına paylaşmaq üçün göndərmir, informasiya istehsalı ilə özü məşğul olur. Kiber cinayətkarların ünvanladıqları e-maillər toplusu da bizim şirkətin bankında yoxdur. Yalnız bu məktublar ünvanlanmış şəxslər əməkdaşlarımızla əlaqə saxlandıqdan sonra cinayətkarların əməllərindən xəbər tutmuşuq.

Elektron poçt ünvanımıza müdaxilənin hansı şəraitdə və kimlər tərəfindən edildiyi bizə məlum deyil. Lakin bəzi şübhələrimiz də var.

ONA Xəbər Agentliyi bu kiber hücumla bağlı artıq xüsusi xidmət orqanlarına müraciət edib. Bir daha bildiririk ki, ONA Agentliyi bu hadisəni işgüzar fəaliyyətinə, həmçinin ölkənin informasiya təhlükəsizliyinə qarşı təxribat hesab edir və araşdırılması üçün xüsusi xidmət orqanları ilə məlumat əməkdaşlığına hazırdır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur