Lerikə güclü qar yağdı: işıqlar yanmır, yollar buz bağlayıb


Lerikə güclü qar yağdı:


Lerik rayonunun dağlıq ərazilərində qar fəsadlar törədib.



AFN "Report"a istinadən xəbər verir ki, rayonun ucqar ərazilərində enerji verilişində problemlər yaranıb.

Orand kəndində də iki gündür ki, işıqlar yanmır. Elektrik təsərrüfatı işçilərinə kənd camaatı da köməklik göstərərək yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparırlar. Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə qarın hündürlüyü 15-20 sm təşkil edir. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib.

Nuravud, Pirəsora kəndlərində, xüsusilə də Kömürgöy kəndində qar daha çox yağıb. Şaxtalı hava səbəbindən yollar buz bağlayıb.

Rayon mərkəzinə də qar yağsa da, yerdə qalmayıb. Bu səbəbdən hər hansı problem yaşanmayıb. Qar yağmaqda davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu