Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çıxış edərək məktəblərə çağırış edib- VİDEO+FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 20-04-2019, 15:01    |    Xəbər oxunub: 608 dəfə
Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çıxış edərək məktəblərə çağırış edib-

Millət vəkili Qənirə Paşayeva Bakı şəhəri N.Nərimanov adına 45№-li tam orta məktəbdə “Aprel fədailəri” adlı tədbirdə çıxış edərək məktəblərə çağırış edib.

Bakı şəhəri N.Nərimanov adına 45№-li tam orta məktəbdə Aprel zəfəri və qəhrəman Aprel zəfəri şəhidlərimizə həsr olunan “Aprel fədailəri” adlı tədbir keçirilib və tədbiri açan məktəbin direktoru Nəcibə Axundova tədbirin mahiyyətindən danışıb. Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulların və onların ailələri qarşısında baş əyirik deyib. Məktəbin direktoru Aprel döyüşlərində şəhid olan qəhrəman şəhid qardaşımız polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundovaya bu cür tədbirin keçirilməsi üçün təşəkkür edən Q.Paşayeva vurğulamışdır ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili Q.Paşayeva məktəblərə çağırış edərək qəhrəman şəhidlərimiz haqqında tədbirlərin tez-tez keçirilməsinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında tədbirlərin, çəkilən filmlərin, yazılan kitabların orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş və təqdim olunmasının vacibliyini qeyd edib. Şəhidlərimizlə bərabər onların ailələri qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər birimiz şəhid ailələrinə daim qayğı ilə yanaşmalıyıq deyib. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri qəhrəman şəhidlərimizdən Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində, müəllimlərin, ziyalıların, gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Tədbirdə iştirak edən bir sıra təşkilatların nümayəndələri, ziyalılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Sonra tədbir uşaqların vətənpərvərlik ruhunda hazırladıqları kompozisiyalarla davam edib. Tədbirdə iştirak edən qonaqlar məktəblə də yaxından tanış olub, məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları layihələrlə tanış olublar.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]

Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmtahanların nəticələri elan edildi:

İmtahanların nəticələri elan edildi: Cəmi 1 nəfər maksimum balı yığıb

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi -

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik tələb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Şirkət rəhbərlərinə hökm oxundu

Şirkət rəhbərlərinə hökm oxundu

Bu xalq bu zülmü çəkməyə layiq deyil-

Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Azərbaycanın sabiq nazirləri bir arada-

Azərbaycanın sabiq nazirləri bir arada- “Range Rover”də 4 nəfər... (FOTO)

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Palatanın biabırçı “Azərsığorta” qərarı:

Palatanın biabırçı “Azərsığorta” qərarı: "Ya MBNP-nin rəhbərliyi dəyişməlidir, ya da..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur