Hüseyn Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib


Hüseyn Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib


Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında mülki iddiaçı və şahidlər dindiriliblər.

Vergilər Nazirliyinin əməkdaşları Qoşqar Bədirxanov və Xəyal Əhmədov məhkəmə iclasında mülki iddiaçı kimi ifadə verərkən iddianı müdafiə etdiklərini bildirməklə göstəriblər ki, Hüseyn Abdullayev əldə etdiyi qazancdan dövlət büdcəsinə ödəməli olduğu 23 milyon 689 min manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Onlar ifadələrində vurğulayıblar ki, sabiq deputat «Kənan S» MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayını bilərəkdən azaldaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalı olan vergini anası Zeynəb Abdullayeva ilə birlikdə ödəməkdən yayındırıb.

Məhkəmədə həmçinin müəyyən olundu ki, H.Abdullayev anası Zeynəb Abdullayeva ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi «Araz-SA» MMC-nin istifadəsində olan torpaq sahəsinin ölçülərini 2011-2017-ci illər ərzində vergi

orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq ümumilikdə 171 min 500 manat məbləğində külli miqdarda əmlak torpaq vergisini Zeynəb Abdullayeva ilə birlikdə qəsdən ödəməkdən boyun qaçırıb.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu