Rüşvət verən iş adamı məhkəmədə: "52 min..."

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 12:23    |    Xəbər oxunub: 520 dəfə
Rüşvət verən iş adamı məhkəmədə:


Dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkmiş qismində Akif Rəhimov ifadə verib.

Hakim bildirib ki, A.Rəhimov daha əvvəlki məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Yeganə Şadlıq Sarayının rəhbəri olan A.Rəhimov deyib ki, təqsirləndirilən E.Babayevə 52500 manat pulu hüquqi yardım üçün verib. O, həmin pulun qarşılığında oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı ittihamını rədd edib.

Təqsirləndirilən E.Babayev də A.Rəhimovun dediklərini təsdiq edib

Məhkəmənin növbəti iclası növbəti həftədə davam etdiriləcək.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Onu da qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur