General Vüsal Novruzovun şirkətinin sürücüsü iki uşaq anasını öldürdü- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 13:29    |    Xəbər oxunub: 640 dəfə
General Vüsal Novruzovun şirkətinin sürücüsü iki uşaq anasını öldürdü-


Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətin avtomobili 36 yaşlı, iki uşaq anasını vurub öldürüb.

Unikal.org-a müraciət edən mərhumun həyat yoldaşı İmaməliyev Mahir Əjdər oğlu bildirir ki, hadisəni törədən sürücü gizlədilir:

"Həyat yoldaşım 1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı Bakı Şəhəri Heydər Əliyev prospektində, 23-cü polis bölməsinin qarşısında yolu keçərkən 85-CA-611 dövlət qeydiyyat nişanlı "Opel Combo" markalı avtomobil vurub. Yoldaşım hadisə yerindəcə dünyasını dəyişdi. Sonra hadisənin istintaqını Nizami Rayon Polis idarəsinin müstəntiqi Elşən Bədirzadə aparırdı. İstintaq müddətində hadisənin baş verdiyi yerdə ən yaxın təhlükəsizlik kamerasının deyil, 500 metr məsafədə olan kameranın görüntüləri mənə göstərildi. Həmin görüntülərdə sürücünün kim olduğu aydın bilinmir. Mənə dedilər ki, hadisəni Tərlan Məmmov adlı şəxs törədib.Mən öyrəndim ki, Tərlanın sürdüyü avtomobil Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətindir. Əvvəllər məhkum olunmuş Tərlan adlı şəxs avtomobili etibarnaməsiz idarə edirmiş. İstintaq müddətində müstəntiq hadisəni törədən şəxsin həbs edildiyini, avtomobilin müvəqqəti saxlama dayanacağına aparıldığını söyəsə də, sonradan deyilənlərin yalan olduğunu bildim. Müstəntiqə müraciət edəndə o bildirdi ki, mən onu həbs edə bilmərəm, onu hörmətli şəxslər ona tapşırıb. Mən bundan sonra prokurorluq oranlarına və Daxili İşlər Dazirliyinə məktubla müraciət etmişəm. Hadisə 2018-ci ildə baş versə də, hələ də məhkəmə prosesi davam edir. Hadisə Nizami rayon məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyində araşdırılır. Sağ olsun hakim müxtəlif dövlət orqanlarına sorğular göndərib. Məlum olub ki, bizə təqdim olunan görüntülərin bir dəqiqəsi silinib. Mən hesab edirəm ki, qəzanı törədən avtomobili Tərlan deyil, başqası idarə edib. Çünki görüntülərdəki sürücü ilə Tərlanın boyunun ölçüsü uyğun deyil. Həmin təmizlik şirkətinin rəhbəri İlham adlı şəxs gizlin bizim yasda iştirak edib. Mənə kim olduğunu deməyib. Həmin İlham sürcünü müdafiə edir, ona qanunsuz avtomobil verməklə yanaşı onu açıq müdafiə etməkdən belə çəkinmir. Həmin şirkət mənə yoldaşımın dəfn xərcləri ilə bağlı da kömək etməyib. Mən heç kəsdən kömək də ummuram. Sadəcə bir istəyim var ki, avtomobillə həyat yoldaşımı öldürən şəxsin kim olduğunu bilim. Mən prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib, onlardan kömək istəyirəm. Xahiş edirəm ki, mənim həyat yoldaşımın ölümü ilə bağlı iş düzgün araşdırılsın, günahkar şəxs və ya şəxslər cəzalandirilsin. Çünki mən iki yetim övladimla çarəsiz vəziyyətdəyəm."

General Vüsal Novruzovun şirkətinin sürücüsü iki uşaq anasını öldürdü-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur