Şəhid Milli Qəhrəmanın anası dünyasını dəyişdi

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 13:35    |    Xəbər oxunub: 559 dəfə
Şəhid Milli Qəhrəmanın anası dünyasını dəyişdi


Azərbaycanın Milli Qəhrəmanı, şəhid Gültəkin Əsgərovanın anası dünyasını dəyişib.

Milli Qəhrəmanın ailəsindən Lent.az-a verilən məlumata görə, Rəfiqə Əsgərova aprelin 23-də 82 yaşında Bakıda vəfat edib.

Qeyd edək ki, Milli Qəhrəman Gültəkin Əsgərova 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.

Şuşa həbsxanasında saxlanılan və girov düşmək təhlükəsi altında olan azərbaycanlı məhbusların azad olunmasında xidməti olub. Şuşanı, şəhər işğal olunandan bir gün sonra, sonuncu tərk edənlərdən biri olub. Hələ o günlərdə anası Rəfiqə xanıma göndərdiyi məktubda yazırdı: “Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı...”

Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.

G.Əsgərova 1992-ci il iyulun 19-da Ağdamda Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə şəhid olub.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur