Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?- Yeni təfərrüatlar

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 16:38    |    Xəbər oxunub: 538 dəfə
Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-


Ucar rayonunun Qarabörk kəndində bacı psixi problemləri olan qardaşını 25 ildir hində zəncirlənmiş halda saxlayır.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. K.Ağazadənin sözlərinə görə, bacı qardaşının təqaüdünü almaq üçün belə bir addım atıb.
Ucarın Qarabörk kəndinin bələdiyyə sədri Cavid Əliyev məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bir sıra məqamlara aydınlıq gətirib. O, məlumatı təsdiqləyək bildirib ki, psixi xəstəliyi olan İlyas İbrahimovun 44 yaşı var və illərdir evin birinci mərtəbəsində çöl-bayır görmədən saxlanılır.

Bələdiyyə sədrinin dediyinə görə, İ.İbrahimov Ucar rayon Mərkəzi Xəstəxanasında qeydiyatddır: “Biz onu 10 il əvvəl Kürdəmirdəki dispanserə yerləşdirmişdik. Ancaq anası oradakı vəziyyətdən razı qalmayıb, oğlunu bir aydan sonra geri qaytardı. Anası rəhmətə gedəndən sonra İlyası Əfşan adlı bacısı qəyyumluğa götürdü. Görünür, o da İlyasa yaxşı baxmır, amma İlyas toyuq hinində saxlanılmır. Evləri ikimərtəbəlidir. 3 otaq aşağıda, 3 otaq isə yuxarıda yerləşir. Sadəcə İlyas ruhi xəstə olduğuna görə, onu birinci mərtəbədə saxlayırlar. Zəncirə vurulmasını dəqiq bilmirəm. Bildiyim odur ki, həmişə bağlı qapı arxasında saxlanılır".

O, qeyd edib ki ,İ.İbrahimov psixi xəstə olsa da, heç kimə zərər vermir: "Heç kimə heç nə etmir, sakitcə yeməyini yeyib oturur. Ona adi sakitləşdirici dərman da vermirlər. Baxımsız halda olub. Əslində bacısı gedib vaxtlı- vaxtında dərmanları qeydiyyatda olduğu xəstəxanadan almalı idi. Əfşan təsərrüfatla məşğul olur. Ona görə İlyası bağlı yerdə saxlayır ki, çıxıb harasa gedər, sonra onu tapmaq mümkün olmaz".

A.Əliyevin sözlərinə görə, İlyas kimisə görəndə başını aşağı salır, heç kimin üzünə baxmır: “İlyasın bacısı Əfşan ailəli deyil. O, digər qardaşı Əjdəri də qəyyumluğa götürüb. Ancaq o, özünü idarə edə bilir. Ailəlidir, bir uşağı var. Bacısı ilə yola getmədiyinə görə, ata mülkündə qalmır. Kasıb adamdır, iki ilə yaxın sosial yardım alıb. Bundan başqa deyə bilərəm ki, İlyası ruhi dispanserə aparmağı təklif etsək də, bacısını razı sala bilmədik. Deyir, qardaşımla işiniz olmasın, onunla nəfəs alıram, getsə ölərəm".

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur