Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 22:43    |    Xəbər oxunub: 534 dəfə
Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 26 aprel, 2019-cu il tarixində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Belə ki, növbəti vətəndaş qəbulu 29 aprel tarixində, Kürdəmir rayonunda, Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.

Komitə fəaliyyət prinsipinə uyğun olaraq vətəndaşların suallarına həssaslıqla yanaşır və çevik olaraq cavablandırır. Budəfəki qəbulda da vətəndaş məmnunluğu ön planda olacaq. Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105

Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi:

(02021) 3-01-13, (02025) 5-55-39

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi:

(02021) 3-02-74, (02025) 5-51-62




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur