Sabaha gözlənilən hava şəraiti açıqlanıb


Sabaha gözlənilən hava şəraiti açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 26-da Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, Bakıda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.



Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 16-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 26-da hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən aprelin 26-27-də Abşeron yarımadasında mülayim yaz havası və meteoroloji amillərin norma daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu