Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 13:38    |    Xəbər oxunub: 532 dəfə
Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb


“Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb. Görüşdə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.



Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu uğuru energetika sahəsi üzrə də davam etdirə bilərik”, deyə nazir bildirib. Görüşdə neft-qaz, neft-kimya, emal sənayesi, elektroenergetika və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Çin şirkətləri bərpa olunan enerji sahəsində iştiraka dəvət edilib.

Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua da enerji şirkətlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Çin Enerji Administrasiyası Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətlərinin genişlənməsi, eləcə də bərpa olunan enerji sahəsində iştiraklarının təmin olunması istiqamətində çalışacaq.

Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında enerji sahəsində əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədilə Çin Enerji Administrasiyasının rəhbərini Azərbaycana dəvət edib.

Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur