Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 17:56    |    Xəbər oxunub: 535 dəfə
Bakıda müəllim şagirdi vuraraq hədələdi:


Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.

"Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.

Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.

Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə, özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.

36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir.

Faktla bağlı araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur