Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 20:21    |    Xəbər oxunub: 540 dəfə
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-


AFN// Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəlib. Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşüb, onlarla söhbət edib, balacaların bacarıqları ilə maraqlanıb, arzularını soruşub. M.Əliyeva yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlandı.

Sonra Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəlib. Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verib ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib.

Daha sonra Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış olub. Məktəbin direktoru Samirə Həsənova Birinci vitse-prezidentinə məlumat verib ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib.(AzərTAC)

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-
Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmtahanların nəticələri elan edildi:

İmtahanların nəticələri elan edildi: Cəmi 1 nəfər maksimum balı yığıb

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi -

Etibar Pirverdiyevin şirkəti məhkəməyə verildi - 100 minlik tələb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

“Azərsu” Şamaxı və Ağsunun kəndlərində içməli su layihəsinin icrasına başlayıb

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Şirkət rəhbərlərinə hökm oxundu

Şirkət rəhbərlərinə hökm oxundu

Bu xalq bu zülmü çəkməyə layiq deyil-

Bu xalq bu zülmü çəkməyə layiq deyil- jurnalist Sahil Babayevə müraciət etdi

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlandı

Azərbaycanın sabiq nazirləri bir arada-

Azərbaycanın sabiq nazirləri bir arada- “Range Rover”də 4 nəfər... (FOTO)

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

DSMF-də sosial təminat sahəsində görülən işlərə aid müşavirə keçirilib

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Palatanın biabırçı “Azərsığorta” qərarı:

Palatanın biabırçı “Azərsığorta” qərarı: "Ya MBNP-nin rəhbərliyi dəyişməlidir, ya da..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur