Jurnalistlər Sumqayıtda ağac əkdi- FOTOLAR


Jurnalistlər Sumqayıtda ağac əkdi-


“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın təbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

ETSN yazağacəkmə aksiyalarında istirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.

Jurnalistlər Sumqayıtda ağac əkdi-
Jurnalistlər Sumqayıtda ağac əkdi-
Jurnalistlər Sumqayıtda ağac əkdi-
Jurnalistlər Sumqayıtda ağac əkdi-
Jurnalistlər Sumqayıtda ağac əkdi-
Jurnalistlər Sumqayıtda ağac əkdi-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu