Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib- FOTOLAR


Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-


“Kral Travel” MMC-də dələduzluq hadisəsi baş verib.

AFN-in məlumatına görə, bu barədə şirkətin direktoru Rövşən Tağıyev öz açıqlamasında bildirib. Onun sözlərinə görə, 2019-cu il fevralın 10-da boş vakansiya üzrə işə təcrübəçi kimi başlayan Leyla Məmmədova (İbrahimzadə) Rahib qizi saxtakarlıq edib: "Leyla Məmmədova (İbrahimzadə) insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onlara saxta turpaket verib. Bu il fevralın 14-də “Kral Travel” MMC Qarabağ qazisi Kamil Musaviyə hədiyyə edilib. Lakin Kamil Musəvinin turizm sahəsində yeni olduğunu fursət bilən Leyla xanım vəziyyətdən istifadə edərək, təcrübədə olduğu 24 gün müddətində şirkətə xeyli miqdarda zərər vurub. Onun çirkin əməlləri ifşa olduqda, müxtəlif bəhanələr gətirərək işə gəlməkdən boyun qaçırıb. Sonda şirkətə gələrək öz çirkin əməllərini etiraf edib və dələduzluqla əldə etdiyi pulları öz şəxsi xərclərinə ödədiyini bildirib.”
R.Tağıyevin sözlərinə görə, məsələ ilə bağlı Nərimanov rayonu üzrə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib. Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açılsa da, Leyla Məmmədova (İbrahimzadə) istintaqdan yayınır: "Bu isdə onunla əlbir olması ehtimal olunan polis baş leytenantının adını istintaq prosesinə təzyiq etməmək üçün hələlik açıqlamırıq".

Hazırda məsələ ilə bağlı istintaq davam edir.

Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-

Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-

Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-

Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-

Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-

Xanım əməkdaş “Kral Travel” MMC-yə qarşı dələduzluq edib-


Mənbə: Hurriyet.com.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu