Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib


Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd Rayon Tuğ Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Bakıda Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı ilə çıxış edib.

Tədbirdə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımızın tarixi taleyində əvəzsiz yeri olduğu, müasir Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardığı, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin misilsiz nailiyyətlər qazandığı qeyd olunub. Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətlə fəaliyyət göstərdiyi, bu münaqişədən əziyyət çəkən insanların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü iş apardığı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələlərə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirilib.

Tədbir iştirakçılarına hazırda işğal altında Xocavənd rayonunun tarixi-mədəni abidələri və Tuğ kəndi haqqında məlumat verilib. Bildirilib ki, Xocavənd ərazisində xalqımıza məxsus çoxlu sayda dünya və respublika əhəmiyyətli memarlıq və mədəniyyət abidələri vardır. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi, 1992-ci il oktyabrın 2-də Xocavənd rayonu təcavüzkar Ermənistanın işğalına məruz qaldıqdan sonra bu abidələrin bir çoxu məhv edilib, bəzilərinin isə erməniləşdirilməsinə cəhdlər göstərilib.

Xalqımızın qədim yaşayış məskənlərindən olan Tuğun 2 min nəfərlik azərbaycanlı əhalisi hazırda məcburi köçkün vəziyyətindədir. Azərbaycanın ilk dünyəvi təhsil ocaqlarından biri də XIX əsrdə bu kənddə yaradılıb. Dövlətimizin başçısının 31 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Tuğ kənd orta məktəbinin 125 illiyi yüksək səviyyədə qeyd edilib. Kənddə uşaq musiqi məktəbi isə 1990-cı ildə fəaliyyətə başlayıb. İşğaldan sonra məktəb Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində müvəqqəti sığınacaq tapıb. 2013-cü ildən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində faəliyyətini davam etdirir. Məktəbdə şagirdlər fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik və saz ixtisası üzrə ilkin musiqi təhsili alırlar.

Konsertdə məktəbin müəllim və şagirdləri müxtəlif janrlarda musiqi parçaları ifa ediblər. Maraqlı bədii kompozisiya, həmçinin şeir və rəqs nömrələri ilə zənginləşdirilib.

Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib
Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş konsert təşkil edilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu