Sosial şəbəkələrdə milli maraqların qorunması layihəsinə başlanılır


Sosial şəbəkələrdə milli maraqların qorunması layihəsinə başlanılır


“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı tədbirlərin təşkilinə başlayıb.



Layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində gənclərin, tələbələrin maarifləndirilməsi və onların bu sahədə məlumatlığının artırılmasıdır. Layihə cərçivəsində həmçinin vətəndaş cəmiyyətini narahat edən, dövlətimizin milli maraqlarına sosial şəbəkələrdə təhlükə yaradan fəaliyyətə qarşı cəmiyyətin, əsasən də gənc nəsilin barışmaz mövqeyinin formalaşmasına xidmət edən görüşləri təşkil etməkdir.

Tələbə və gənclərlə tədbirlərə Azərbaycan Mətbuat Şurasının təmsilçiləri, aparıcı qəzet, xəbər portalları və saytları, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri və fəal istifadəçiləri dəvət olunacaq.Müzakirələr nəticəsində hazırlanmış tövsiyələr müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Qeyd edək ki, tədbirlər Bakı şəhərində fəaliyyət göstərən ali universitet və iki kollecdə həyata keçiriləcək.

Sosial şəbəkələrdə milli maraqların qorunması layihəsinə başlanılır


Mənbə: Aktor.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu