“Azərsu” ASC-nin rəhbərliyi Beyləqan, Füzuli və İmişli şəhərlərində vətəndaşları qəbul edəcək


“Azərsu” ASC-nin rəhbərliyi Beyləqan, Füzuli və İmişli şəhərlərində vətəndaşları qəbul edəcək


Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 17 may 2019-cu il tarixində Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək. Qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.



Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu