“Azərsu” Hövsan Aerasiya Stansiyası ərazisində 1000-dən çox ağac əkib


 “Azərsu” Hövsan Aerasiya Stansiyası ərazisində 1000-dən çox ağac əkib


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına önəm vermişdir. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir.



Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir. Mayın 10-da Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilmişdir. Həmçinin, ötən illərdə əkilmiş ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür.

 “Azərsu” Hövsan Aerasiya Stansiyası ərazisində 1000-dən çox ağac əkib
 “Azərsu” Hövsan Aerasiya Stansiyası ərazisində 1000-dən çox ağac əkib
 “Azərsu” Hövsan Aerasiya Stansiyası ərazisində 1000-dən çox ağac əkib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu