Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub- FOTOLAR


Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Q.Paşayevanın “Allah sevən qəlblərdədir” və onun rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətilə ölkəmizə səfər edən qardaş Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı Camalnur Sarqutun “Cani Candır” adlı kitablarının Ramazan ayı münasibətilə təqdimatı və imzalanma mərasimi olub.Aİİ rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə təşəkkür edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva özəlliklə gənclərin kitablara böyük maraq göstərmələrindən məmnun olduğunu deyib.



Bu kitabların gənclərimizin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə öz töhfəsini verə biləcəyini deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Q.Paşayeva gənclərimizin mənəvi dünyalarını zənginləşdirməyə daha da çox diqqət yetirməyə çağırıb. Aİİ-nin rektoru Ceyhun Məmmədov bu cür tədbirlərin institutda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayib, mənəvi dəyərlərimizə daha çox sahiblənməyimiz üçün daha da çox çalışmalıyıq deyib. Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C.Sarqut təsəvvüf elmi haqqında danışaraq bu elmin inkişafında bır sıra böyük Azərbaycan şəxsiyyətləri haqqında məlumat verib. Sonra millət vəkili Q.Paşayeva və Türkiyənin təsəvvüf araşdırmaçısı C.Sarqut kitablarını oxucular üçün imzalayıb, müəllifi olduqları kitablarla bağlı sualları cavablandırıblar. Millət vəkili Q.Paşayeva və Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C. Sarqut Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ilə də görüşüblər. C.Sarqutu ölkəmizdə salamlayan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar verdikləri üçün ona və millət vəkili Q.Paşayevaya təşəkkürünü bildirib və belə görüşlərin və səfərlərin iki ölkə arasında elm, sənət, mədəniyyət əməkdaşlığını daha da gücləndirdiyini qeyd edib. Aİİ-nin rektoru C.Məmmədov Cemalnur

Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-


Sargutun təsəvvüf və ümumən ilahiyyat sahəsində dəyərli əsərlər yazdığını, geniş oxucu auditoriyası qazandığını, həmin əsərlərin Azərbaycanda da maraqla qarşılandığını vurğulayıb. Görüşdə iştirak edən millət vəkili Q.Paşayeva bu ilin cənab Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsi barədə danışaraq, İslam dininin gənc nəsillərimizə doğru öyrədilməsinə və təsəvvüfdə xüsusi yeri olan böyük şəxsiyyətlərimizin İslam əxlaqı anlayışının həm öz nəsillərimizə, həm də dünyaya çatdırılmasına ehtiyac olduğunu deyib və bu istiqamətdə Aİİ ilə C.Saqrutun təmsil etdiyi Üsküdar Universitetində Təsəvvüf Araşdırmaları İnstitutu arasında əməkdaşlığın faydalı olacğına inandığını deyib və uğurlar arzulayıb. Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C. Sarqut Üsküdar Universiteti və bu universitetdə fəaliyyət göstərən Təsəvvüf Araşdırmaları İnstitutu ilə Aİİ arasında əməkdaşlıqda maraqlı olduğunu vurğulayib və bu istiqamətdə bir sira təkliflərlə çıxış edib, O bildirib ki, təsəvüf elminin inkişafında Azərbaycanın bir çox böyük şəxsiyyətlərinin xüsusi yeri var və onların tanıdılması istiqamətində iki qardaş ölkə Azərbaycan və Türkiyə bir sira ortaq layihələr həyata keçrə bilər. Mədəniyyətlərarası dialoqun qurulması üçün müxtəlif din nümayəndələrinə İslam dininin mahiyyətini düzgün şəkildə anladılmasının vacibliyini qeyd edən Camalnur Sarqut bu məqsədlə dünyanın müxtəlif ölkələrində təsəvvüflə bağlı tədbirlər keçirdiyini bildirdi. Azərbaycan bizim üçün qardaş ölkədur və Azərbaycanla əməkdaşlıq bizim üçün də çox vacibdir deyə C.Sarqut bildirib. , Üsküdar Universitetinin rektor danışmanı C. Sarqutun fikir və təklifərini dəstəkləyən Aİİ-nin rektoru C.Məmmədov inşallah əməkdaşlığımız genişlənəcək və təsəvvüf elminin inkişafında xüsui yeri olan Azərbaycanın böyük şəxsiyətlərinin dünyada daha geniş tanıdılması bizim üçün əhəmiyyyətlidir deyib və cənab Prezident İlham Əliyevin bu ilin “Nəsimi ili” elan olunmasını xüsusi vurğulayaraq qardaş Türkiyənin qurumları ilə əməkdaşlığa hər zaman hazırıq deyib. Millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətilə ölkəmizə səfər edən Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı C.Sarqut eyni zamanda N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda da olub.

Tədbiri giriş sözü ilə İnstitutun direktor müavini, filologoya üzrə fəlsəfə doktoru, dos. Aygün Bağırlı açıb. Aygün Bağırlı çıxışında İnstitutun direktoru akademik İsa Həbibbəylinin salamlarını qonaqlara çatdırıb. O, çıxışında bildirib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tarixi kökləri olan təsəvvüflə bağlı tədqiqatlar aparılır və bu görüş gələcək əməkdaşlıq üçün əhəmiyyətlidir. Daha sonra Camalnur Sargut Türkiyədə Təsəvvüf Araşdırmaları İnstitutunun qurulması və fəaliyyəti ilə bağlı çıxış edib. Qonaq çıxışında Türkiyədə Təsəvvüf fəlsəfəsinin tarixi və onun müasir tədqiqat istiqamətləri barədə iştirakçıları məlumatlandırıb və onları maraqlaandıran suallara cavab verib.

Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-
Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-
Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-
Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-
Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-
Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-
Qənirə Paşayeva və Camalnur Sarqutun İlahiyyat İnstitutunda kitablarının təqdimatı və imzalanması olub-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu