Yuxarı Qapanlı kəndində səyyar qəbul-görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 13-05-2019, 21:34    |    Xəbər oxunub: 509 dəfə
Yuxarı Qapanlı kəndində səyyar qəbul-görüş keçirilib


Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində olub.

Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənib. Kənd sakinlərindən Rəfail Abbasov, Asif Mustafayev, Ülviyyə Kazımova, Anar Rəhimov, Nazim Həsənov içməli su təminatı, mübahisəli torpaq məsələsi, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət ediblər.

Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyib, onların həlli istiqamətində görülən işləri ön plana çəkib, respublika rəhbəri tərəfindən əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində verilən Sərəncamlardan, görülən işlərdən danışıb.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səfər Mehdiyev yenə

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib-

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib- FOTOLAR

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Tereza Mey istefasını açıqladı:

Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib –

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib – FOTOLAR

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?-

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?- ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Baş Nazirin müavini:

Baş Nazirin müavini: "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir"

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur