EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 200 min nəfəri ötüb

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 12:53    |    Xəbər oxunub: 561 dəfə
EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 200 min nəfəri ötüb


Mayın 14-dək 200,464 fermer aqrar fəaliyyətə dair məlumatlarını EKTİS-ə daxil edib



Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin sayı 200 min nəfəri ötüb. Mayın 14-nə olan məlumata görə, 200,464 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.

Sistemdə qeydiyyatdan keçmiş fermerlərin sayına görə Sabirabad rayonu birinci yerdədir. Bu rayonda 12,853 fermer EKTİS-də özünə şəxsi kabinet yaradaraq, məlumatları daxil edib. Bu, Sabirabad rayonu üzrə subsidiya alan fermerlərin 78,47 faizini təşkil edir. Şəki (7932), Cəlilabad (7055) və Saatlı (7036) rayonlarında qeydiyyatdan keçən fermerlərin sayı 7 mindən çoxdur. Zaqatala, Quba, Xaçmaz, İsmayıllı, Salyan, Samux və Ağdam rayonlarından da fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi yüksəkdir. Əksər rayonlarda subsidiya alan fermerlərin 40 faizdən çoxu EKTİS-ə öz aqrar fəaliyyətlərinə dair məlumatları daxil ediblər.

Fermerlərdən 143908 nəfər yeni sistemdə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən Dövlət Aktı / Şəhadətnamə əsasında qeydiyyatdan keçib. 37,315 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 2730 fermer icarə sənədi, 1625 fermer etibarnamə, 389 fermer vərəsəlik şəhadətnaməsi, qalan fermerlər isə mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında qeydiyyatdan keçiblər.

Qeyd edək ki, fermerlərin öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməsi ilə bağlı rayonlarda maarifləndirmə işləri davam edir. Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, ASAN Könüllüləri fermerlərə informasiya-məsləhət xidməti göstərilməsi prosesinə cəlb olunublar. Eyni zamanda müəyyənləşmiş qrafik əsasında bölgələrdə fermerlərə EKTİS-in tətbiqi ilə bağlı səyyar xidmətlər də göstərilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb -

Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-

İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident 1 fərman, 2 sərəncam imzaladı

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi:

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi

Vilayət Eyvazov əsgərlərlə nahar etdi -

Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTOLAR

Dava salan deputatın oğluna cinayət işi açıldı-

Dava salan deputatın oğluna cinayət işi açıldı- 3 AYLIQ HƏBS VERİLDİ

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Cəmi 972 manat vergi ödənilmişdi-

Cəmi 972 manat vergi ödənilmişdi- "Relaks" qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur