“Sipark” rəhbəri FETO izini belə azdırmağa çalışır- növbəti qurban Hacı Şahindir-FOTO

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 17:45    |    Xəbər oxunub: 513 dəfə
“Sipark” rəhbəri FETO izini belə azdırmağa çalışır-


İki ay öncə 7NEWS.az saytında "Adı müxtəlif qalmaqallarda hallanan "Sipark” rəhbəri BU DƏFƏ TELEVİZİYALARI ALDATDI” başlığı ilə yazı dərc olundu. Əslində bu yazı dərc olunmamışdan qabaq aldadılan tərəf azı bir neçə dəfə şirkətlə danışıqlar aparıb, pulun ödənilməsini xahiş edib.

"Sipark” şirkətinin rəhbəri Seymur İsayev isə çox kiçik bir məbləği (15750 azn) ödəməkdən imtina etməklə məsələni ikiqat qəziləşdirmiş oldu. Əslində Seymur İsayev tikinti sahəsində təcrübəli bir iş adamı kimi tanınır. Ancaq mətbuatda adını axtarışa versək kifayət qədər boşluqların olduğunu görərik. Açıq-aydın görünür ki, Seymur İsayev dünyada TERROR təşkilatı kimi tanınan FETO-çuların əlinə "yem” kimi düşüb. Əgər belə olmasaydı "Sipark”a yeni təyinən olunan, hər kəsin fətullahçı kimi tanıdığı xanım "jurnalist”i"Sipark İnşaat"dan bu şirkətə qarşı ittihamlara sərt cavab...”başlığı ilə olduqca qeyri-peşəkar və şirkəti uçuruma aparan, ən əsası isə "ödənişli” əsaslarla press-reliz yazdırmazdı. Yəni şirkətin fakt 9 həftə reklamı gedib, 15750 azn ödənməlidir, məsələ bu qədər bəsitdir. Ancaq Seymur İsayevin ətrafında olan insanlar bu məbləğin azı 2 qatını "prinsi aparırıq” adı altında xərclətmək niyyətindədirlər. Bir daha qeyd edirik ki, "Sipark” şirkətinin televiziyalara deyil, "Baku Art Lab” şirkətinə 15750 az borcu var.

"Azadlıq radiosu” yazır ki,"Sipark” şirkətinin "krişası” Ağasəməd Əfəndiyevdir. Məlumat üçün qeyd edək ki, A.Əfəndiyev Vergilər nazirliyi İnsan Resursları İdarəsi rəisinin birinci müavini, aparat rəhbəri vəzifələrini icra edib.Buna qədər isə o bir çox MMC-lərin sahibi olub. Bu şirkətlər arasında ən üzdə olanı "Sipark” inşaatdır. Bundan başqa məlumatda qeyd olunur ki, Fazil Məmmədovun nazir olduğu dönəmdə və indi Ağasəməd Əfəndiyev Azərbaycanda təşkilatlanan "FETO” şəbəkəsinin "Xaç atası” kimi tanınıb. Məhz buna görə FETO şəbəkəsinin mediası sayılan SimSar.az-ın təsisçisi də "Sipark”a mətbuat katibi gətirildi. Məhz bu xanım jurnalistin təyinatı və pul müqavilində payladığı ilk pres-reliz həm şirkəti, həm onun rəhbərini, həm də "krişası”nı ifşa etmiş oldu. Türkiyədə baş verən son hadisələrdən sonra hər kəs FETO-nun terror təşkilatının olduğunu qəbul etdi. Azərbaycan da qardaş Türkiyənin yanında olduğunu FETO şəbəkəsini üzvlərini yox etməklə sübut etmiş oldu. Ölkəmiz bugün də bu siyasəti davam etdirir və ifşa olunan hər bir məmuru dərhal postundan azad edir.

İCMAL.az xəbər verir ki, bu yazılardan sonra "Sipark” rəhbəri Seymur isayev müdrik işçilərinin məsləhəti ilə bəzi tanınmış din xadimlərini, hətta səfirəri belə ofislərinə qonaq çağıraraq ictimaiyyətin diqqətini yayındırmağa çalışırlar.

Belə bir din xadimlərindən biri də cəmiyyətdə müsbət imicə, nüfuza malik Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənlidir. Hacı Şahini ofislərinə qonaq çağıran şirkət fotoları bəh-bəhlə öz rəsmi səhifələrində paylaşmaları əslində izi azdırmaqdan başqa bir şey deyildir.

Məsələ burasındadır ki, Hacı Şahin və digər tanınmış insanlar "Sipark”ın növbəti "qurbanlarıdırlar”.Çövdarovun himayəsinə sığınaraq öz şərikini sıradan çıxardan, Şəbnəm, Damla kimi müğənniləri saxlayan, FETO terror təşkilatınınAzərbaycandakı qeyri-rəsmi missioneri olan şirkətin Hacı Şahin Həsənlini də öz çirkin əməllərinə qatması yumşaq desən "dinsizlikdir”.

Növbəti yazılarımızda aldadılaraq, fərqli təqdimatlar edilərək "Sipark”a gətirilən tanınmış insanlar barədə geniş yazacağıq. Məlumat üçün qeyd edək ki, 1 mənzili 10 adama satan, olmayan qarajı külli miqdar vəsait müqabilində sakinə satan şirkət haqqında elə şahidlərin öz videoifadələrini də təqdim edəcəyik.

“Sipark” rəhbəri FETO izini belə azdırmağa çalışır-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur