Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 17:49    |    Xəbər oxunub: 509 dəfə
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib


Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərini ziyarət edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb.

AFN xəbər verir ki, sakinlərlə görüşdə millət vəkili Q.Paşayeva onları Ramazan ayı münasibətilə təbrik edib, dualarının qəbul olunmasını diləyib. Millət vəkili sakinlərin müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələrlə görüşən millət vəkili Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Bakıda və ya Tovuzrayon Mərkəzi Xəstəxanasına müraciətlər edərək onların müalicəsinin və əməliyyatının aparılması məsələsinə dəstək olub. Millət vəkili Qənirə Paşayeva həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Bir sıra sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərlməsi üçün millət vəkili Q.Paşayevaya müraciətlər ediblər. Sakinlərlə görüşdə bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər, müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib və bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla onları müzakirə edəcəyinə və həllinə çalışacağına deyib. Sakinlər ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur