Günnüt kəndi haqda araşdırma

Xəbərin çap versiyası
Tarix: 14-05-2019, 23:20    |    Xəbər oxunub: 590 dəfə
Günnüt kəndi haqda araşdırma


Qədim tarixə malik olan kəndin erməni işğalından azad edilməsindən bir il keçir...



Günnüt Şərur yaylasındakı ən qədim yaşayış məskənlərindən biridir. Qədim türklər özlərinə daimi məskən yerləri, otlaq və verimli biçənək ərazilərinə və ilk növbədə də bu ərazilərdə istifadəyə yararlı daimi axar su mənbələri olmasına bir zərurət kimi baxırdılar. Belə yerlərdən biri də iki bulağı, geniş otlaqları və biçənək sahələri olan Günnüt kəndinin ərazisidir.



Bu kəndin adının etimologiyasını (mənşəyini) yazmaq üçün daha çox açıqlamağa ehtiyac vardır. Mən yuxarıda yazmışdım ki, Göy (səma) Türkləri özlərinin əlifbasını icad edərkən onu göydən (səmadan) endirilmiş Göy Türk əlifbası adlandırmışlar. O zamanlar prototürklərin danışıq dili də hələ bugünkü kimi inkişaf etməmişdi və biri-birilərilə təmasda olarkən cəmi 18 səsdən istifadə edirdilər. Bu zaman leksikonda sözlərin sayı çoxaldıqca yeni səslər də ortaya çıxırdı və müvafiq olaraq əlifbadakı yeni səsləri ifadə edən hərflərin də sayı çoxalırdı. Lakin çağdaş dövrümüzə sayları tədricən 50-dən artıq olan və çox vaxt biri-birilərindən təcrid olunmuş halda yaşamış müxtəlif türk xalqlqrının olduğunu nəzərə alsaq, 18 səsli əlifbada hərflərin sayı da artırdı. Məsələn, 18 hərfli əlifbada “P” hərfi işləndiyi yerindən deyil, yalnız ləhcədən asılı olaraq həm də “F”,”V” və “B” kimi də yazılarmış. Tutaq ki, 24 Türk Oğuz boylarından Ulduz Xanın böyük oğlunun adı müxtəlif ədəbiyyatlarda həm “Apşar”, həm “Afşar” və həm də “Avşar” kimi yazılır. Etrusk türk ləhcəsində isə “P” səsılə yazılmış Pizans qülləsinin adı ilə adlandırılmış bir dövlətin adı “Bizans” və “Vizantiya” kimi müxtəlif formalarda yazılmışdır. Belə hərflərdən “K” ən çox səsləri ifadə edən hərfdir. O, vaxtilə eyni məna verən Gün (Günəş) sözündə həm “X” (XUN), həm“K”(Kün, Kun), həm “G”(Gün)kimi, digər başqa sözlərdə isə həm “H”, həm “Ğ”, həm “Q” və həm də “Y” kimi işlədilmişdir. Bu gün bizim araşdırma subyektimiz olan “Günnüt” sozünün ilkin adı "Xun-Xut”, sonra “Kün-Küt” həm də “Gün-Kut” olandan sonra kəndin adındakı Günəş mənasında olan “Gün” incə hecalı söz, kutsal (müqəddəs) mənasında olan”Kut” sözündəki “K” səsini dəyişib “N” səsinə çevirmiş, hətda “Kut” sözündəki “U” səsinin də danışıq dilində incə “Ü” səsi kimi tələffüz edilməsinə səbəb olmuşdur. Beləliklə, Şərur coğrafiyasında Odsevəslik (Zərdüştlük) dininə inancın hökm sürdüyü bir zamanda Günəşə sitayişlə bağlı olan Qutsal Günəş mənasındakı “Günnüt” adı da bu kəndə verilmişdi. Günnüt kəndini ilk məskunlaşdıran Türk Oğuz boylarına aid olan bir tayfa olmuş onlar da öz kəndlərinə türk dili mənşəli ad vermişlər. Yeri gəlmişkən, bildirmək lazımdır ki, bu gün Şəki rayonunda Aşağı Günkut, Yuxarı Günkut adlı iki kənd və Güngüt adli bir çay da vardır. Güngüt çayı başlanğıcını Çaylaxan dağının (hünd.3200 m.) yamacından alır. Uzunluğu 52 km-dir. Şərur yaylasındakı Günnüt kəndindinin 1-2 km guzey doğusunda geniş və zəngin otlağı və biçənəyi olan bir dağın yalı yerləşir. Bu dağın və onun yalının adı indi də xəritələrimizdə Xunxutdur. Əhalisinin məşğuliyyətinin heyvandarlıq olduğu bir dövrdə Günnüt kəndi həm yaylaq həm də qışlaq olmuşdür. Lakin onun ilkin adının Xunxut olmasını sübut edən bu yalın Xunxut adlı bir dağın ərazisində olmasıdır. Şərur yaylasındakı Siya(h)qut kəndinin ilkin adı da Qaraqut olmasını onun yaylaq ərazisi olan dağın öz adını xəritələrdə Qaraqut olması faktı sübut edir.
1990-cı ildən ermənilər tərəfindən işğal olunmuş Günnüt kəndini 2018-ci ilin may ayında Naxçıvandakı Silahlı Qüvvələrin əldə etdiyi dəqiq kəşfiyyat məlumatı nəticəsində cəsur əsgərlərimiz (hərbçilərimiz) əvvəlcədən düzgün düşünülmüş əməliyyat planını həyata keçirərək düşmən işğalından azad edib. Bu əməliyyat zamanı yalnız Tatarov Nadir Əli oğlu adlı bir əsgərimiz qəhrəmancasına şəhidlik zirvəsinə qovuşmuş, qarşı tərəfdən ermənilərin isə 10-larla canlı qüvvəsi və bir necə ağır hərbi texnikası məhv edilib. "Günnüt" döyüş əməliyyatı zamanı ermənilərin işğalı altında olan Günnüt kəndi ilə bərabər 11000 hektar ərazimiz də geri qaytarılıb. İşğalçı ermənilər tərəfindən dağıdılaraq, yaşayış üçün yararsız hala çevrilmiş Günnüt kəndinin yerində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun göstərişinə əsasən erməni işğalından azad olunmuş Günnüt kəndində və digər ərazilərdə bərpa işləri gedir. Naçııvan-Sədərək şosse yolunun Maxta kəndinə ayrılan yerinin qarşısından ta Günnüt kəndinə qədər müasir tipli asfalt yolunun, qaz kəmərinin, üç fazalı elektrik xəttinin çəkilişi işlərinə də artıq başlanıb və davam edir.

P.S. Bu yazı Günnüt kəndinin erməni işğalından azad olunmasının bir illiyinə həsr olunub

Həsən SƏDİRLİ, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndi, Türkoloq




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur