Metro vahid ödəniş kartına keçir


Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.

"Trend"-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı deyib.

Onun sözlərinə əsasən, "Bakı Kart" prosessinq mərkəzi vahid nəqliyyat kartlarına xidmət göstərməyə hazırdır: "Bu layihə çərçivəsində Bakı Metroplitenində hazırda istifadə edilən kartların eyni qiymətə olan yeni kartlarla dəyişdirilməsi nəzərdə tutulur".

Yeni kartın qiyməti 2 manat olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu