Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirəcək

Xəbərin çap versiyası
Tarix: 15-05-2019, 15:01    |    Xəbər oxunub: 511 dəfə
Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirəcək


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və vertolyot cəlb olunacaq.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur