Kompensasiya aldıqdan sonra da “Unibank”ın qanunsuz önəniş tələblərilə üzləşmiş jurnalist Maliyyə... Nəzarəti Palatasına müraciət etdi


Kompensasiya aldıqdan sonra da “Unibank”ın qanunsuz önəniş tələblərilə üzləşmiş jurnalist Maliyyə... Nəzarəti Palatasına müraciət etdi


Qəzetimizin ötən saylarında əməkdaşımız Samirə Səfərovanın Prezidentin müvafiq Fərmanı ilə əhalinin dollar kreditlərilə bağlı kompensasiyaların ödənilməsi prosesində “Unibank” tərəfindən edilən qanunsuzluqlarla üzləşdiyi barədə xəbər vermişdik.



Bildirmişdik ki, bank xanım əməkdaşımıza Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanaraq təyin olunan məbləğdən daha az vəsait ödəyib, yəni 3451 manat əvəzinə bankın təqdim etdiyi karta 3154 manat yüklənib. Bunu isə bank iki aylıq (120 AZN) ödəniş və üzərinə hesabladığı faizlə izah edib (Bu bankın fantastik faiz siyasəti isə ayrı bir yazının mövzusudur). Üstəlik, bank bununla da qalmayaraq, ondan ödənişləri əvvəlki qaydada gələn ilin sentyabrına kimi davam etdirməyi tələb edir. Bu isə ayda 120 manatdan, hardasa, 2 min manatdan artıq məbləğ edir. Yəni “Unibank”ın mövqeyindən belə çıxır ki, Prezidentin humanist qərarı onlar üçün önəmli deyil və əhalinin kompensasiya şəklində aldığı məbləğ yenidən banka qayıtmalıdır. Bu halda maraqlıdır, həmin Fərmanla kompensasiyaların ödənilməsi üçün banklara ayrılan kolossal məbləğdın – 628 milyon manatdan "Unibank"ın payına düşən məbləğ hara “yönəldiləcək”?

Nəzərinizə çatdıraq ki, S.Səfərova həmin krediti 2013-cü ilin avqustunda götürüb və heç bir fasilə vermədən aybaay ödənişini edib. Hətta devalvasiyadan sonra aylıq önənişini artımla deyil, əvvəlki qaydada (160 AZN) ödədiyi üçün “Unibank” onu məhkəməyə də verib və çox təəssüf ki, Səbail Rayon Məhkəməsi də onun ödənişi heç bir halda dayandırmamasını bəraətverici hal kimi dəyərləndirməyərək, bankın xeyrinə qərar çıxarıb. Bütün bu illər ərzində edilən ödənişlər nəzərə alınarsa, əməkdaşımızın bankdan aldığı pulu az qala iki-üç qatına ödədiyi bəlli olar. Bildiyimiz qədərilə, Maliyyə Bazarlarına Nəzarət Palatası da elə həmin artıq qalan məbləği kompensasiya şəklində vətəndaşa təyin edir. Belə olan halda, bankın əməkdaşımızdan hansı ödənişi davam etdirməyi tələb etdiyi heç cür anlaşılmır.

Mayın 17-də əməkdaşımız məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlayıb və onlardan səlahiyyətləri çərçivəsində duruma müdaxilə etmələrini istəyib. Lakin Palatanın müdaxiləsi bir nəticə verməzsə və ya məsələ onların səlahiyyətlərini aşarsa, S.Səfərova Prezidentə müraciət etmək niyyətindədir. Bu həm də bankların özbaşınalıqları ilə üzləşdiyi ehtimal olunan yüzlərlə insanın mənafeyi üçün önəmlidir.

Məhəmmədəli QƏRİBLİ, Baki-xeber.com

PS. Aşağıda təqdim etdiyimiz şəkillərdə hər şey aydın görsənir. Birinci şəkildə MBNP-nin saytında açıqladığı cədvəl yer alır və diqqət yetirdinizsə, "borc qalığı" qrafasında heç bir məbləğ görsənmir. Bu isə o deməkdir ki, əməkdaşımızın banka borcu tam silinib. O halda təkrar ödəniş tələblərinə "Unibank"ın özbaşınalığından başqa ad tapmaq mümkün deyil.

Kompensasiya aldıqdan sonra da “Unibank”ın qanunsuz önəniş tələblərilə üzləşmiş jurnalist Maliyyə... Nəzarəti Palatasına müraciət etdi

Kompensasiya aldıqdan sonra da “Unibank”ın qanunsuz önəniş tələblərilə üzləşmiş jurnalist Maliyyə... Nəzarəti Palatasına müraciət etdi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu