Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı tədbirlərin təşkili layihəsini davam etdirir.Layihə çərçivəsində gənclərlə görüş Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov qonaqları salamlayaraq təmsil etdiyi ali elm ocağında tələbələrə, gənclərə yaradılmış şəraitdən, bu sahədə həyata keçirilən layihələrdən və mövzunun aktuallığından bəhs edib.

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Daha sonra çıxış edən layihə rəhbəri Telman Məmmədov öncə qonaqları salamlayıb, sonra tədbir üçün yaradılmış şəraitə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib.Gənclərə, tələbələrə müzakirəyə çıxarılmış mövzu ilə bağlı ətraflı məlumat verən mütəxəssis bildirib ki, layihə internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.Qonaq bu məsələlərdə gənclərin, tələbələrin üzərinə düşən vəzifələrdən bəhs edib, onları aktiv olmağa, milli məsələlərin qorunmasında daha operativ reaksiyalar verməyə çağırıb.

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Orxan Əlixanlı isə tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi qurumun yaranma tarixindən, həyata keçirilən layihələrdən və bəzi mühüm statistik rəqəmlərdən ətraflı məlumat verib.

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Tədbridə iştirak edən Azərbaycan Respublikası Milli Məslisinin Yeni Azərbaycan Partiyasından olan üzvü İlham Məmmədov mövzunun vacibliyini xatırladaraq, dövlətin və aidiyyəti qurumların, həmçinin təmsi etdiyi ali qanunverci orqanın həyata keçirdiyi layihələrdən, reallaşdırılan təşəbbüslərdən nümunələr gətirib. Millət vəkili diqqətə çatdırıb ki, gənclər ölkədə həyata keçirilən islahatların təbliğatında aktivlik nümayiş etdirməli, internet media və sosial şəbəkələrin imkanlarından geniş yararlanmalıdırlar.Onun sözlərinə görə, tələbələr Dağlıq Qarbağ münaqişəsinin əsl mahiyyətinin dünyaya çatdırlmasında da bir peşəkarlıq göstərməli, sosial şəbəkələrdə dil bilgisi, mütaliə vərdişlərinə diqqət yetirməlidirlər.

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Azərbayaycan Mətbuat Şurası İdarə Heyətinin və İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, ekspert Azər Həsrət texniki tərəqqi və qloballaşmanın axarında internetin ölkələrin və dövlətlərin sərhədlərini maneəsiz aşıb keçdiyindən, baş verən yeniliklərin virtual böyük auditoriyalar yaratmasından və dünyanın informasiya ilə idarə olunması effektini gücləndiriməsindən danışıb.Ekspert ənənəvi informasiya vasitələri ilə sosial şəbəkə yayımlarının sədlərinin bir-birinə qarışmasının, bu durumun çözülməsi yollarının və sosial şəbəkəlırin yeni tipli media kimi dəyərləndirilməsinin detallarını izah edib.A.Həsrət gəncləri ölkəmizə qarşı təxribatlara qarşı ön sırada yer almalarına çağırıb.

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Ekspertlər Rauf Rəcəbov, Səbuhi Abbasov, Qurban Qəhrəmanov da mövzu ilə bağlı çıxış edərək, sosial şəbəkələrdən istifadənin tezislərini diqqətə çatdırıblar.

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara buklet və əyani vəsaitlər təqdim edilib.

Tədbirə aid digər FOTOLAR

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az

menyu
menyu