Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü - VİDEO


Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü -


Türkiyədə məşhur iş adamı “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.



BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb.

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, “Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu