Xətaiyə yeni icra başçısı gəlir?


Xətaiyə yeni icra başçısı gəlir?


Paytaxt rayonlarının birinə - Xətai rayonuna yeni icra başçısı təyinatı olacağı ilə bağlı məlumat yayılıb.



AFN xəbər verir ki, sfera.az saytının əldə etdiyi məlumata görə, yaxın günlərdə Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Xətai rayonuna təyinat alacaq.

Sayta Göyçaydakı mənbələrdən verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin Bakıya – yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, Göyçay RİH başçısının sürücüsü, eyni zamanda Mehdi Səlimzadənin qardaşı oğlu Toğrul Səlimzadə də əmisinin yaxın zamanda Xətai rayonuna icra başçısı gedəcəyi ilə bağlı söhbətləri təsdiqləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O vaxtdan bu vəzifəyə təyinat olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu