Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR


Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -


Qarabağ qazisi Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi ilə əlaqədar ölkə rəhbəri cənab İlham Əliyevdən kömək istəyir:



“Hörmətli Prezident!

Mən Sizin səxavətinizə inanaraq bu məktubu yazıram. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 5, mənzil 30 ünvanında ailəmlə birlikdə 1 otaqlı evdə yaşayıram.Vətən üçün, dövlət üçün, torpaq üçün döyüşən, Qarabağ veteranıyam. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşam.
3 May 1967 ci ildə Qərbi Azərbaycanın Göyçə mahalı Basarkeçər rayonu Guney kəndində dünyaya göz açmışam. Qərbi Azərbaycanda baş verən konfiliktlər vaxtı ailəm ilə birlikdə Şəki şəhərinə köçərək orada məskunlaşmışıq. Ailədə 4 qardaş, 1 bacı olmuşuq. Hərbi xidməti bitirdikdən sonra ailə üzvlərim narazı olsalar da, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə yüzlərlə vətənpərvər qardaşlarımız kimi könüllü olaraq yollandım. Qeyd edim ki, döyüş yolum 1993-1996-cı illər Ağdam və Tərtər cəbhəsindən keçir. Döyüşdə olduğum ərazilər Ağdərə, Mərquşavan, Çaylı, Madagez olub. Döyüşdüyüm Tərtər rayonunda evlənmişəm. Yazaraq sizi məlum edirəm ki, Qarabağ veteranıyam, ailəliyəm. Ailədə dörd (4) nəfərik.Yaşadığımız dənizçilər yataqxanasında dörd nəfərlik ailə üzvülərimlə birlikdə bir birotaqlı darısqal evdə yaşayırıq. Ailə vəziyyətimə görə ev şəraitimizin yaxşılaşdırılması üçün 16.05.2014-cü ildə Bakı şəhəri Yasamal Rayon icra hakimiyyətinə müraciət etmişəm. Həmin tarixdən ev növbəsinə alınsam da, bu vaxta kimi heç bir iş görülməyib. Mənim ailəmin rahat yaşaması üçün bu barədə lazımı orqanlara göstəriş vermənizi xahiş edirik. Göydə Allah, yerdə Sizdən köməklik gözləyirəm”.

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -
Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu