Sabiq məmur barəsində daha bir cinayət işi başlandı


Sabiq məmur barəsində daha bir cinayət işi başlandı


Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində daha bir cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, Mahir Dibirovdan başqa rayon təhsil işçiləri Maral Əliyeva, Havva Hacıyeva, Elmira Benqerova, Gülbuta Əliyeva, Laura Mustafayeva, Ximisət Zeynalova, Gülnisə Xəlilova, Həlimat Xəlilov, Bəsti Layıcova, Pirdaş Ağcayeva, Meysarat Dibirova, Ayşa Emciyava cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.

Artıq təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı başa çatıb.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rəşad Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 4-ə təyin edilib.

Onu da qeyd edək ki, Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində bundan əvvəl də mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu