İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib- FOTOLAR


İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-


Xəbər verildiyi kimi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” adlı layihəsinin bir neçə tədbiri başa çatıb.Yekun tədbir Bakının Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Bakı Dövlət Sosial-İqtisad Kollecinin akt zalında təşkil olunub.

Bakı Dövlət Sosial-İqtisad Kollecinin nümayəndəsi Natiq Musayev qonaqları, tədbir iştirakçılarını salamlayaraq bu cür layihələrin keçirilməsinin vacibliyindən, təmsil etdiyi kollecdə tələbə və gənclərə yaradılan şəraitdən bəhs edib.Onun sözlərinə görə, cəmiyyətimizin proqressiv üzvləri ölkəmizin təbliğatında, milli maraqların qorunmasında, yad qüvvələrə qarşı informasiya savaşında mübariz olmalı, əllərindən gələni nümyiş etdirməlidirlər.

Daha sonra çıxış edən layihə rəhbəri Telman Məmmədov öncə qonaqları salamlayıb, sonra isə gənclərə, tələbələrə müzakirəyə çıxarılmış mövzu ilə bağlı ətraflı məlumat verib. O, bildirib ki, layihə internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Natiq bildirib ki,sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin ən böyük inqilablarından biri olmaqla yanaşı, bir sıra problemlər də yaradıb: “Təkcə Facebook sosial şəbəkəsinin yüz milyonlarla “sakini” var. Sosial şəbəkələr imkan verdi ki, insanlar sərhədsiz, kimlə istəyir ünsiyyət qursun. Sosial şəbəkələrin müsbət cəhəti də çoxdur. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Amma sosial şəbəkələrdən düzgün istifadə etmədikdə müəyyən problemlərə rast gəlmək olar. Xüsusən insanların aldadılması, müxtəlif cərəyanlara cəlb edilməsi mümkündür. Ən vacib məqam insanların bu sahədə maarifləndirilməsidir. İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidirlər. Bilirsiniz ki, sosial şəbəkələrdə çoxlu sayda informasiya toplanır. Bu informasiyalardan pis məqsədlər üçün də istifadə edilə bilər. Buna görə də sosial şəbəkələrdə işləyərkən mütləq məlumatlı olmaq lazımdır. Orda gənclərimizi, qızlarımızı bizim istəmədiyimiz cərəyanlara cəlb etmək imkanları var.İnsanları aldadaraq, müəyyən münasibətlər quraraq onlardan sonra istifadə edə bilərlər. Bu təhlükə hər zaman var. Buna görə də insanlar çox diqqətli olmalıdırlar. Sosial şəbəkələrə daxil olarkən insan özü haqqında məlumatlar yerləşdirir. Öz profilinizi özü yaradır. Sonra həmin informasiyalar onun əksinə istifadə oluna bilər”.

Tədbirdə iştirak edən AFN.az saytının təsisçisi və baş redaktoru Səbuhi Qafarov, ekspertlər Həbib İslamzadə və Qurban Qəhrəmanov da mövzu ətrafında öz fikirlərini səsləndiriblər.

Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara buklet və əyani vəsaitlər təqdim edilib.

İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-
İnternet informasiya resursları və gənclər mövzusunda daha bir tədbir keçirilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu