Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Xəbərin çap versiyası
Tarix: 21-05-2019, 17:26    |    Xəbər oxunub: 603 dəfə
Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib


Mayın 21-də Ermənistanın Xarici İşlər Nazirliyi rəsmi Bakının irəli sürdüyü əsir və girovların “Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi prosesinə dair açıqlama yayıb. Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzi məlumat yayıb. Xəbərdə deyilir ki, Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan yerli mətbuata verdiyi açıqlamada bildirib: “Ermənistan XİN hər zaman real humanitar addımların atılmasının tərəfdarı olub, lakin bu humanitar hərəkətlər ağır cinayətlərin cəzasız qalması ilə nəticələnməməlidir”.



Azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin guya “ağır cinayət törətdiklərini və mülki insanları qətlə yetiridklərini” iddia edən Ermənistan XİN nümayəndəsi həmin şəxslərin “qəhrəmanlaşdırılması”nın əleyhinə olduqlarını da bildirib.

Qeyd edək ki, əsir və girovların hamının hamıya prinsipi əsasında dəyişdirilməsi təklifinə bir neçə həftə öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirmişdi. Ermənilərdən fərqli olaraq rusiyalı nazir hamının hamıya prinsipini dəstəkləmişdi.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında öz dədə-baba torpaqlarını, doğmalarının məzarını ziyarət etmək məqsədilə işğal altındakı Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni əsgərləri tərəfindən girov götürülüb. Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib. Dilqəm Əsgərov Dağlıq Qarabağda qurulan qondarma “məhkəmə”nin “hokum” ilə ömürlük, Şahbaz Quliyev 20 il azadlıqdan məhrum edilib. Onların hər ikisi hazırda Şuşada saxlanılır.

Hazırda Azərbaycan tərəfində də 3 erməni kəşfiyyatçı diversant-Arsen Baqdasaryan, Zaven Karapetyan və Karen Kazaryan saxlanılır ki, həmin şəxslər müxtəlif illərdə Azərbaycan Respublikası ərazisində terror aktları törətməyə cəhd ediblər və məhkəmənin qərarı ilə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. (musavat.com)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

Bakı polisindən xəbərdarlıq:

Bakı polisindən xəbərdarlıq: "Uşaq oğurluğu edən dilənçilər var"

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı -

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur