Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanı

Xəbərin çap versiyası
Tarix: 22-05-2019, 11:56    |    Xəbər oxunub: 542 dəfə
Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanı


Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Torpaq sahələrində mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidməti Əmlak Xidmətləri Məkanında göstərilir.



Bu xidmət fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda həyata keçirilir. O cümlədən, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda və digər hallarda mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidmətləri göstərilir.

Torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq üçün müraciət edən şəxslərdən torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, torpaq sahəsinin ayrılması barədə qərar və sərəncamlar, daşınmaz əmlakın vahid dövlət kadastr planından çıxarış və digər sənədlər tələb olunur. Xidmətin həyata keçirilməsində hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatından istifadə olunur. Qeyd edək ki, komitə tərəfindən bu xidmətin göstərilməsi 30 gün müddətində həyata keçirilir, xidmət haqqı tələb olunmur. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün 20 manat dövlət rüsumu tələb olunur. Nəticə kimi xidmət istifadəçisinə mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması barədə hazırlanan akt təqdim olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur