Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

Xəbərin çap versiyası
Tarix: 22-05-2019, 19:30    |    Xəbər oxunub: 540 dəfə
Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib


Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində enerji forumu keçirilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən forumun əsas müzakirə mövzuları neft-qaz sektorunun inkişafı, həyata keçirilən layihələr, Azərbaycanın Böyük Britaniya ilə enerji sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində görülən tədbirlərdən ibarət olub.



Forumda çıxış edən Energetika naziri Pərviz Şahbazov Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi”nin reallaşmasında iki ölkə arasında enerji əməkdaşlığının, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Pərviz Şahbazov deyib: “Birləşmiş Krallıqla enerji sahəsində tərəfdaşlıq münasibətləri Azərbaycanın neft-qaz sektoruna yatırılmış 25 milyard ABŞ dollarından çox investisiyanın sektorun inkişafına töhfələri ilə məhdudlaşmır. Azərbaycanın beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında və diversifikasiya maraqlarını təmin etməsində məhz enerji sahəsində uğurlu əməkdaşlığın mühüm rolu vardır”.

Nazir Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində BP şirkətinin rolunu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş məqsədyönlü enerji siyasəti və BP-nin iştirakı ilə qarşılıqlı etimad, qarşılıqlı faydalı əməkdaşlıq əsasında dünyanın enerji xəritəsini yenidən tərtib edirik. “Yeni layihələr bu əməkdaşlığın, ən azı əsrin ortalarına qədər davam etdirilməsini təmin edəcəkdir”, deyə Pərviz Şahbazov əlavə edib.

Bildirilib ki, hazırda iki ölkənin enerji əməkdaşlığı gündəliyində “Cənub Qaz Dəhlizi, “Azəri-Çıraq-Günəşli” yataqlarının yeni mərhələdə işlənməsi, “D 230” perspektiv bloku, “Dayazsulu Abşeron” və “Şəfəq-Asiman” kimi layihələrlə yanaşı, bərpa olunan enerji sahəsində birgə fəaliyyət də əsas prioritetlərdəndir. Böyük Britaniyanın bu sahədə təcrübəsinin külək, günəş və kiçik çaylar da daxil olmaqla bərpa oluna bilən enerji mənbələri sektorunun inkişafına töhfə verəcəyi qeyd olunub.

Forumda Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycanda enerji islahatlarına dair, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə neft-qaz sektoru ilə bağlı, BP və SNC Lavalin-Atkins şirkətlərinin nümayəndələri bərpa olunan enerji sahəsinin inkişafı üzrə təqdimatlarla çıxış ediblər.

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib
Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur