Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 23-05-2019, 18:02    |    Xəbər oxunub: 564 dəfə
Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-


Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın müdafiə naziri Zakir Həsənova atəş açıldığı haqda iddia irəli sürüb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-də başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” mesajı barədə soruşublar.

Qriqoryan isə deyib ki, belə mesajlara baxmayaraq Azərbaycanın müdafiə naziri bu günlərdə təmas xəttində olarkən Ermənistan silahlı qüvvələrinin “müşahidəsi altına düşüb” və tələsik təmas xəttini tərk edib.

Sayt bu bəyanatla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən aşağıdakı açıqlamanı veriblər: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərsəm və axmaq açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir. Azərbaycanın həm işğal altında olan əraziləri, həm Ermənistanın bütün ərazisi tamamilə və bütünlükdə Azərbaycan ordusunun bölmələrinin müşahidəsi altındadır”.

Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttindəki mövqelərə baş çəkib. Hərbçilərə göstəriş verib ki, düşmənin istənilən təxribatının qarşısını bütün növ silahlardan istifadə olunmaqla dərhal və qətiyyətlə alsınlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur