ETSN Milli Parklara direktor axtarır - MÜSABİQƏ

Xəbərin çap versiyası
Tarix: 24-05-2019, 10:08    |    Xəbər oxunub: 525 dəfə
ETSN Milli Parklara direktor axtarır -


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.



ETSN-in mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.

Namizədlərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünya görüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompyuter bilikləri meyarları üzrə qiymətləndiriləcək. Təbiət elmləri üzrə elmi dərəcəsi olanlara üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi hal) 2019-cu ilin 31 may tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.

Müraciət etmək istəyənlər Nazirliyin internet səhifəsinin (eco.gov.az) elanlar bölməsindən və ya (012) 538-84-89 nömrəli telefonla əlaqə saxlamaqla daha ətraflı məlumat ala bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zakir Həsənov:

Zakir Həsənov: "Düşmən təxribatlarının qarşısı adekvat tədbirlərlə alınmalıdır"

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Sabiq nazir mülk davasına başladı -

Sabiq nazir mülk davasına başladı - Şirkəti və dövlət qurumunu məhkəməyə verdi

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır-

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır- Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Elçibəyin xanımının cənazəsi Kələkidədir

Elçibəyin xanımının cənazəsi Kələkidədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur