Sabaha olan hava proqnozu açıqlanıb


Sabaha olan hava proqnozu açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 25-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.



Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Rayonlarda mayın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu