"Baku Medical Plaza”: “Zenfira İbrahimova mayın 29-da klinikamızda əməliyyat olunub”


"Baku Medical Plaza”:


İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimovanın fikrindən daşınması ilə bağlı məlumat yalandır.



AFN xəbər verir ki, belə bir açıqlama ilə “Baku Medical Plaza” çıxış edib. Klinikanın mətbuat xidmətindən verilən məlumata görə, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət edib və bu əməliyyat reallaşıb: "Müğənni Zenfira İbrahimova mayın 29-da klinikamızda plastik cərrah Dr. Siruz Qoçxani tərəfindən abdominoplastika əməliyyatı olunub. Vəziyyəti qənaətbəxşdir. Özünü çox yaxşı hiss sedir. Sabah evə yazılacaq. Bu barədə müğənni özü də sosial şəbəkələrdə paylaşım edib.
Müğənninin əməliyyat olunmaq fikrindən daşınaraq əməliyyat otağından qaçması tamamilə yalandır. Medianın gündəmdən istifadə edərək, oxucu yığmaq üçün uydurduğu bu yalan klinikamızın işgüzar nüfuzuna xələl gətirir. Bu cür yoxlanılmamış, əsassız məlumatlar yayılmaqda davam edərsə hüquqi addımlar atmağa məcbur olacağımızı bəyan edirik. Jurnalistlərdən xahiş edirik, daxil olan məlumatları dəqiqləşdirmədən ictimailəşdirməsinlər. Bunun üçün isə aşağıdakı vasitələrdən istifadə edərək bizimlə əlaqə saxlasınlar:

0552250029
ayselrzv@gmail.com"


İnstagram.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu