Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır


Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır


Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilindən başlayaraq “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul aparılacaq. Belə ki, Akademiyada növbəti tədris ilindən etibarən II ixtisas qrupu üzrə “İqtisadiyyat”, III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasları ilə yanaşı, I ixtisas qrupunda “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbul həyata keçiriləcək.



Eyni zamanda, 2019/2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə də tələbə qəbulu aparılacaq. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu