Qorxmaz Hüseynov Qubada vətəndaşları qəbul edəcək


Qorxmaz Hüseynov Qubada vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 14 iyun 2019-cu il tarixində Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.



17 iyun 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində sakinlərlə görüşəcək. 18 iyun 2019-cu il tarixində Şabran şəhərində keçiriləcək qəbulda “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar Quba, Xaçmaz və Şabran rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu