Qubada məşhur oteldə biabırçılıq - Çarpayı əvəzinə... - FOTOLAR


Qubada məşhur oteldə biabırçılıq -


Qubanın məhşur otellərindən olan "Retro" oteldə müştərilərə qarşı dələduzluq edilir.



Bu barədə BakuPost-a oteldə xoşagəlməz mənzərə ilə qaşılaşan Fuad Məmmədov adlı Bakı sakini məlumat verib.

Onun sğzlərinə görə, onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:

"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".

Məsələ ilə bağlı otel rəhbərliyinin mövqeyini öyrənmək mümkün olmadı.

Qubada məşhur oteldə biabırçılıq -
Qubada məşhur oteldə biabırçılıq -
Qubada məşhur oteldə biabırçılıq -
Qubada məşhur oteldə biabırçılıq -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu