Müstəntiq məhkəməyə gəlmədi: İsa Qəmbər hakimdən bəraət istədi


Müstəntiq məhkəməyə gəlmədi:


Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Cebhe.info xəbər verir ki, məhkəmədə ABŞ səfirliyinin nümayəndələri, MSDM-in sədri İsa Qəmbər, partiya fəalları, Azad Həsənovun yaxınları və jurnalistlər iştirak edib.

Məhkəmədə hakim İradə Həsənova vəkil Osman Kazımovun vəsatəti əsasında Azad Həsənovun işini aparan müstəntiq Vüsal Məmmədov şahid qismində dəvət olunduğunu, ancaq prosesə yenə gəlmədiyini bildirib.

Osman Kazımov 2018-ci ilin oktyabrın 11-də Azad Həsənovun naməlum şəxslər tərəfindən aparılması ilə bağlı onun ailə üzvlərinin 102 xidmətinə müraciətinin audioyazısını məhkəməyə təqdim edib. Vəkil onların sübutlar siyahısına salınmasını istəyib.

Müstəntiq ifadə verməyə gəlmədiyi üçün proses yenidən təxirə salınıb. İsa Qəmbər hakimə müraciət edərək Azad Həsənovun aylardır günahsız həbsdə saxlanıldığını bildirib və ona tezliklə bəraət hökmü çıxarılaraq sərbəst buraxılmasını istəyib.

Məhkəmə 24 iyun saat 11:00-də davam edəcək.

Xatırladaq ki, Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.

Müstəntiq məhkəməyə gəlmədi:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu