Baba maşını aşırdı, nəvəsi öldü

Hadisə Bakı-Şamaxı yolunun 131-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb.
Şamaxı rayonu, Şirvan kənd sakini, 1954-cü il təvəllüdlü Səfərov Əlibəy Müzəffər oğlu 10-CE-292 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşınında idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı avtomobildə olan 1999-cu il təvəllüdlü Rəşidov Orxan Arif oğlu aldığı bədən xəsarətindən ölüb, 1995-ci il təvəllüdlü Sadıqova Xonça Rasim qızı, 1994-cü il təvəllüdlü Rəşidova Balaqız Əsəd qızı və sürücü Əlibəy Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ölən sərnişin sürücünün nəvəsidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)
Diqqətinizi çəkə biləcək digər xəbərlər